Bakı, 12 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) tarix fənni üzrə seminarın iş planının və 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın müzakirəsi aparılıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında komissiyanın Naxçıvan, Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini bildirib, təkliflər verilib.
Növbəti seminarda proqramın müzakirəsi davam etdiriləcək və bu il ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş müvafiq test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.