Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakının Yasamal rayonunda bədbəxt hadisə qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan İlham Bayramov evinin pəncərəsindən (8-ci mərtəbə) yıxılaraq ölüb.
Onun Rusiya Federasiyası vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az