Bakı, 15 oktyabr, AZƏRTAC
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Azərbaycanı təmsil etdiyi, Balkan yarımadasında 14 ölkənin gənclər təşkilatlarının iştirakı ilə həyata keçirilən “Tolerantlıq turu” layihəsi uğurla başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Avropa Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində iştirakçılar Kosovo, Makedoniya, Serbiya, Bosniya və Herseqovina, Xorvatiyada keçirilən tədbirlərdə təqdimatlarla çıxış ediblər.
Layihənin məqsədi “Tolerantlıq turu” çərçivəsində görülən işləri və onların nəticələrini təqdim etməklə münaqişələrin, milli və dini dözümsüzlüyün mədəniyyətlərarası dialoqa mənfi təsirini yerli ictimaiyyətə çatdırmaqdır.
“Tolerantlıq turu” çərçivəsində sülhün və tolerantlığın təbliği ilə bağlı teatr səhnələri, fotosərgilər, flasmoblar və s. müxtəlif tədbirlər təşkil olunub.