Zəncir vurmayan sürücülər cəzalanacaq

Zəncir vurmayan sürücülər cəzalanacaq
06:41 29 Dekabr 2014
69 Dünya
Ölkə mətbuatı
A- A+

Avropanın cənub hissəsində müşahidə olunan qarlı və şaxtalı havalar regionu iflic vəziyyətinə salıb. Son iki gündür ki Fransada qar fasiləsiz olaraq yağır.

Ötən gün Şamberi şəhərində yolların qarla örtülməsi ilə əlaqədar yüzlərlə insan yollarda qalıb. İnsanlar çətin vəziyyətdən çıxmaq üçün özlərinə müvəqqəti sığınacaqlar tapmağa məcbur olublar. Şəhər rəhbərliyi son 10 ildə bu cür böhranlı vəziyyətlə qarşılaşmadığını bildirib.

Polis nəqliyyatda yaranmış xaosu aradan qaldırmaq məqsədilə sürüclərdən avtomobillərin təkərlərinə zəncir vurmasını tələb edib. Tədbir bəzi yollarda icbari olaraq həyata keçirilib. Polisə qarşı çıxanlar isə, cərimələnib.

Məlumata görə, sürüşkən yollardan birində baş verən avtomobil qəzası zamanı bir nəfər ölüb.

Regionda hava nəqliyyatı da fəaliyyətini dayandırıb. Onlarla təyyarə reysi təxirə salınıb.

Ölkə rəsmiləri En, İzer, Savua və Ot-Savua rayonlarında qar və buzlanma ilə bağlı xəbərdarlıq edib.

Rumıniyada da oxşar vəziyyət hökm sürüb. Paytaxt Buxarest də daxil olmaqla ölkənin 10-dan çox rayonunda sarı həyacan siqnal elan olunub. Bir neçə cənub rayonunda isə, çovğun müşahidə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR