Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Tovuz rayonunun Böyük Qışlaq və Molla Ayrım kəndlərinə ilk dəfə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 66 abonenti olan Molla Ayrım kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 222 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 66 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Böyük Qışlaq kəndinin 295 abonentinin qazlaşdırılması zamanı isə 24 kilometr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 295 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İctimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.