"Evdəkilərə salam" verlişinin budəfəki buraxılışı Rüfət Axundovun evində çəkilib.
Verlişin aparıcısı Aytəkin Mərdanova gecce.az-a bildirib ki, veriliş Rüfət Axundovun nənəsi və anası üçün tikdirdiyi bağ evində çəkilib.
Çəkiliş prosesində müğənni ilə bağlı bir çox maraqlı məqamlar üzə çıxıb.
"Bağ evini Rüfət Axundov mərhum sənətkarımız Yaşar Nurinin anası, yəni öz nənəsi və eyni zamanda anası üçün tikdirib. Yaşar Nurinin anası oğlunun yanında deyil, qızının ailəsi ilə həmin evdə yaşayıb. Bunun səbəblərinə verilişdə aydınlıq gətiriləcək", - deyən teleaparıcı digər məqamlara toxundu.
Öyrəndik ki, R.Axundovun valideynləri onunu necə övlad olmağından danışıb:
"Müğənninin anası hər kəsə Rüfət kimi oğul arzu edib. Deyir, Rüfət ruzisini dişi-dırnağı ilə qazanır. Atası R.Axundovu vaxtilə özü kimi hərbçi görmək istəyib. Amma övladları ilə bağlı anasının arzusu çin olub. Rüfət müğənni olub. Rüfət özü isə dayısı Yaşar Nurinin sənətdə dəstəyindən söz açıb.
Yaşar Nuri xəstə yatanda anası deyirmiş ki, "oğlumdan öncə özüm ölüm, dərdinə dözə bilmirdi. O dərdlə də dünyadan köçüb".
Qeyd edək ki, verilişdə tamaşaçılar Rüfətin qarderobu, maraqlı aksesuarları, əntiq əşyaları ilə tanış olacaqlar. Vaxtilə həyətində it saxlayan Rüfət deyib ki, bacısı uşağına xəsarət yetirəndən sonra, it saxlamaq vərdişindən əl çəkib.
Milli.Az

