Məşhurlar bu dəfə fobiyalarından danışıblar. Bəlli olub ki, onlar daha çox hündürlükdən, xırda həşəratdan və qaranlıqdan qorxurlar.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu barədə onlar "Hər şey daxil" verilişində söz açıblar:
Eldar Qasımov: "Kiçik həşəratlara fobiyam var. Onlardan qorxuram, eyni zamanda iyrənirəm".
Günay İbrahimli: "Əvvəllər qaranlıqdan, tək qalmaqdan qorxurdum. Amma indi öyrənmişəm. İndi hündürlükdən qorxuram. Hündürdən aşağı baxa bilmirəm".
Eyyub Yaqubov: "Zamana qarşı fobiyam var. Çoxlu arzularım, fikirlərim var. Qorxuram ki, onları həyata keçırə bilmərəm".
Aysel Əlizadə: "İri, eyni zamanda vızıldayan həşəratdan çox qorxuram. Onların səsindən vahimələnirəm".
Rüfət Axundov: "Qaranlıqdan, ilandan, təklikdən çox qorxuram".
Milli.Az