“Nar Mobile” “Ən yaxşı nağıl” müsabiqəsinin qaliblərini mükafatlandırıb - FOTO

“Nar Mobile” “Ən yaxşı nağıl” müsabiqəsinin qaliblərini mükafatlandırıb - FOTO
11:32 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 11:28 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərfon” şirkəti (“Nar Mobile” ticarət markası) yerli xəbər portalı ilə birlikdə Azərbaycanda uşaq ədəbiyyatının inkişaf və təşviq etdirilməsi, eləcə də yeni nağıl qəhrəmanlarının yaradılması məqsədilə müasir uşaqların təxəyyülünə uyğun olan yeni müsabiqə elan edib.

 

“Azərfon”-dan “APA-Economics”ə daxil olan məlumata görə, “SS Production” şirkətinin tərəfdaşlığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə təşkil edilmiş müsabiqənin münsiflər heyətinə Azərbaycan Yazıçılar İttifaqı Uşaq ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, uşaq yazıçıları - professor Zahid Xəlil, İlyas Tapdıq və Gülzar İbrahimova daxil ediliblər.

 

Münsiflərin qərarı ilə müsabiqənin qalibi adına “Divə qalib gəlmiş Elşən” nağılının müəllifi olan Elman İsayev layiq görülüb. İkinci yeri Vüqar Haqverdiyevin qələmə aldığı “İbişin nağılı” tutub. Nərgiz Süleymanovanın “Azər və qızılpapaq” nağılı isə üçüncü olub.   

 

Hər zaman elm, təhsil, mədəniyyət və ədəbiyyatın inkişafına dəstək verən “Nar Mobile“ bu son dərəcə əhəmiyyətli müsabiqənin də sponsorluğunu öz üzərinə götürüb. Mobil operator ilk yerin sahibini “iPhone 5S” ilə mükafatlandırıb, 2-ci və 3-cü yeri tutan qaliblərə isə müvafiq olaraq “iPad mini” (16 GB) və “Samsung” mini-tableti təqdim edilib. Ən çox oxucu simpatiyası qazanan nağıl da mobil operator tərəfindən xüsusi olaraq “Nar-modem” və 6 aylıq pulsuz internet paketi ilə təltif ediləcək.

 

Qeyd edək ki, Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR