Bakı, 29 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Qazprom” ASC arasında təbii qazın “svop” rejimində alğı-satqısına dair imzalanacaq müqavilənin texniki detalları hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. Müqavilənin nə vaxt imzalanacağının məlum olmadığını deyən R.Abdullayev bildirib ki, sənəddə Rusiya qazının Azərbaycanda laylara vurulması, gələcəkdə neft hasılatının artırılması və qaz anbarının maksimal gücə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, “Qazprom”un Azərbaycana gündəlik 10 milyon kubmetr, illik isə 2 milyard kubmetr qaz nəql etməsi planlaşdırılır. SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq həmin qaz 2016-cı ildən Dağıstana nəql olunacaq.