Bişkek, 3 noyabr, AZƏRTAC
Qırğızıstan parlamenti-Joqorku Keneşdə formalaşdırılan koalisiya çoxluğu Asılbek Jeenbekovun yenidən parlamentin sədri seçilməsini dəstəkləyir.
Bu haqda Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, koalisiya çoxluğunun A.Jeenbekovla apardıqları danışıqlarda parlament sədrinin müavinlərinin beşdən ikiyə endirilməsi qərara alınıb. Müavinlərdən biri koalisiya çoxluğunun, digəri isə müxalifətdə qalan iki partiyadan birinin nümayəndəsi olacaq.
Xatırladırıq ki, koalisiya çoxluğuna Qırğızıstan Sosial-Demokrat Partiyası, “Onuquu–Proqress”, “Qırğızıstan” və “Ata Məkan” partiyaları daxildir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek