Minsk qrupunun həmsədrləri məsləhətləşmələr üçün ABŞ-a yollanıb

Minsk qrupunun həmsədrləri məsləhətləşmələr üçün ABŞ-a yollanıb
12:17 13 Noyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri məsləhətləşmələr üçün ABŞ-a yollanıb. "Report" xəbər verir ki, vasitəçilər Nyu-York və Vaşinqtonda olacaq.
"Həmsədrlər ATƏT-in Daimi Şurası və Minsk qrupu qarşısında hesabat verdi. İndi isə biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparmaq üçün Nyu-York və Vaşinqtona gedirik", - ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/minsk-qrupunun-hemsedrleri-meslehetlesmeler-ucun-abs-a-yollanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR