​Azərbaycanda uşaq teatrlarına gedənlərin sayı azalıb

​Azərbaycanda uşaq teatrlarına gedənlərin sayı azalıb
19:57 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycanda 7 uşaq teatrı fəaliyyət göstərir.
"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 1990-cı ildə ölkədə cəmi 4 uşaq teatrı olub.
1990-cı ildə uşaqlar üçün göstərilən tamaşalara gələnlərin sayı 398 min, göstərilən tamaşaların sayı 1261 olub.
2014-cü ildə il ərzində uşaq teatrlarında 1767 tamaşa göstərilsə də, teatra gələnlərin sayı 188 min nəfər olub.
Qeyd edək ki, müxtəlif illərdə Azərbaycanda uşaq teatrlarının sayı 8-9 rəqəmləri arasında dəyişib.
2000-ci illərdən başlayaraq uşaq teatrlarına gələnlənin sayında azalma müşahidə olunmağa başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanda-usaq-teatrlarina-gedenlerin-sayi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR