​Kürdəmirdə traktor qəzaya uğrayıb

​Kürdəmirdə traktor qəzaya uğrayıb
00:57 14 Noyabr 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Kürdəmir rayonu, Sor Sor kəndində vətəndaşa məxsus “K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Dərhal FHN-in yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 21:31-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/kurdemirde-traktor-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR