Milli.Az goal.az-a istinadən futbolçularla bağlı maraqlı faktları sizə təqdim edir:

1. 15 yaşındaykən Ronaldunun ürəyində problem aşkarlanıbmış. Bu səbəbdən də futbolçunun oynadığı "Sportinq" klubu bu vəziyyətdən xəbərdar edilib və oyunçunun anasına Ronaldunun xəstəxanada yatmasının vacib olduğu bildirilib. Ronaldu ürəyindəki həmin problem səbəbindən əməliyyat olunub.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

2. Qrafite, 20 yaşına qədər ölkəsi Braziliyada, San-Pauloda zibil yığırdı.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

3.İspan mətbuatı keçən il Barcelonanın süper ulduzu Lionel Messinin də matçdan sonra jelibon yediyini müşahidə etmişdi. Argentinalı ulduz da müsahibələrinin birində jelibona olan bağlılığını etiraf etmişdi.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

4. Şikəstliyi səbəbiylə "Ən uzun müddət oynamayan ən bahalı futbolçu", "Milan"a "Real Madrid"dən 11 milyon funta gələn Fernando Redondo. İlk matçında 3-cü dəqiqədə dizindən zədə alan Redondo, təxminən 2,5 il futboldan uzaq qaldı. Redondo, oynamadığı üçün 2.74 milyon funt, ev və avtomobili "Milan"a geri vermək istəsə də, klub bu təklifi rədd etmişdi.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

5. Maskerano Argentina milli komandasının formasını ilk dəfə geydiyi 16 iyul 2003 tarixinə qədər professional səviyyədə heç bir oyunda forma geyinməmişdi.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

6. Alessandro Nesta saatlarla playstation oynadığı üçün sol əlinin baş barmağını şikəst etdi. Nesta əməliyyat keçirdi və dörd həftə futboldan uzaq qaldı.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

7. Fabio Kannavaro 1990-ci ildə İtaliya reallaşan Dünya Kubokunda topdaşıyıcı olub. Əfsanəvi müdafiəçi 16 il sonra o kuboku kapitan olaraq qaldırıb.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

8. Mikael Laudrup həm "Real" Madrid formasıyla "Barcelona"ya qarşı, həm də "Barcelona" komandası ilə "Real" Madridə qarşı 5:0-lıq qalibiyyətlər yaşayıb.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

9. Qolkiper Tim Hovardda nevroloji bir xəstəlik olan "Tourette" sindromu var.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

10. Ronaldinyo aşağı liqada oynayarkən, 23-0 qalib gəldikləri matçda atdığı 23 qolla bütün diqqətləri üzərinə çəkmişdir.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

11. Kaka gəlirinin 40% -ni Rioda yerləşən "Igreja Universal do Reino de Deus" adlı bir kilsəyə bağışlayır.

Zibil yığan, jelibon yeyən, pleysteyşna görə barmağı şikəst olan futbolçular... - FOTO

Milli.Az