"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, noyabrın 17-də yerli vaxtla saat 17.00-da R.T.Ərdoğan parlament seçkilərində qalib gələn AKP-nin sədri Əhməd Davudoğlunu qəbul edəcək. Xəbərdə bildirilib ki, 45 gün ərzində yeni hökumət formalaşdırılmalıdır.
Qeyd edək ki, bu gün Türkiyənin yeni deputatları Böyük Millət Məclisində and içəcəklər.
Xatırladaq ki, noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərində AKP səslərin 49,6 faizini (parlamentdə 317 yer) qazandığına görə ölkədə birpartiyalı hökumət qurulacaq. Seçkidə Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faiz (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.