"Avro-2017"nin seçmə mərhələsi çərçivəsində Rusiyanın U-21 yığmasının üzvləri Azərbaycandan olan həmyaşıdlarına uduzmasını həzm edə bilmirlər.
Fanat.az xəbər verir ki, bunu açıqlamasında şimal qonşumuzun yığmasının üzvü Andrey Panyukov təsdiqləyib.
O, millimizə uduzduqları üçün xəcalət çəkdiyini qeyd edib: "Azərbaycan yığmasına məğlub olmağımıza inanmağım gəlmir. Bu məğlubiyyətə inanmaq olduqca çətindi. Uduzduğumuza görə xəcalət çəkirəm. Deməyə söz tapa bilmirəm. Hamımız şokdayıq. Bizi tənqid edənlər haqlıdırlar".
Qeyd edək ki, Bakıda baş tutan qarşılaşmada Yaşar Vahabzadənin yetirmələri Rusiya millisini 3:0 hesabı ilə darmdağın etmişdi.
Fanat.az