Bakı. Samir Məmmədov - Trend:

Rusiyada qətl törətməkdə təqsirləndirilərək axtarışa verilən şəxs Azərbaycanda yaxalanıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111.4-cü maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Elvin Cəfərov saxlanılıb.

Bizi Twitter-dən izləyin: @trend_az