60 kq çəki dərəcəsində yer alan Səfərov zədədən sonra medal uğrunda mübarizə aparmağın çox çətin olduğunu bildirib. O, özünü hələ də tam ideal formada hesab etmir: "Hamı bilir ki, 5 aylıq zədədən sonra qayıtmaq, güləşmək və medal qazanmaq çox çətindir, amma bunu bacara bildim".
24 yaşlı cüdocü Qran Prinin 1/4 finalında komanda yoldaşı İlqar Müşkiyevlə üz-üzə gəlib. Səfərov qalib gəlsə də, görüşün çox gərgin keçdiyini bildirib: "Məncə, 60 kq çəki dərəcəsində iki güclü idmançının olması yığmamız üçün yaxşı amildir. Bu da hər ikimizə daha yaxşı nəticələr göstərməyə stimul verir".
Çecu Qran Prisindən sonra Azərbaycan millisi Monqolustanda təlim-məşq toplanışı keçirəcək. Bu, Səfərov üçün uzunmüddətli zədədən sonra ilk təlim-məşq toplanışı olacaq. Gənc cüdoçu toplanışı zədəsiz başa vuracağına ümid etdiyini bildirib: "Məşqlərimiz yaxşı keçir, Monqolustan toplanışından sonra yarışlarda daha yaxşı çıxış edəcəyik”.
Qeyd edək ki, Çecu Qran Prisinə noyabrın 29-da yekun vurulacaq.