Ramil Usubov: "Nardaran hadisələri ilə əlaqədar 32 nəfər həbs edilib"

Ramil Usubov: "Nardaran hadisələri ilə əlaqədar 32 nəfər həbs edilib"
20:52 2 Dekabr 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, bunu AzTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.

Nazir qeyd edib ki, qəsəbədə keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".

R.Usubov əlavə edib ki, artıq 23-cü dəfədir ki, Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb.

Nazir Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil versinlər.

R.Usubov qeyd edib ki, Nardaran istisna olmaqla, hazırda Azərbaycanda hər yerdə əmin-amanlıqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR