Əfqanıstanın qadın işləri naziri Azərbaycana səfər edəcək
Paylaş
·45 baxış·1 dəq oxu
Bakı. 3 dekabr. REPORT.AZ / Əfqanıstanın qadın işləri naziri Dilbər Nəzəri Azərbaycana səfər edəcək. "Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər dekabrın 16-da baş tutacaq. Məlumata görə, səfər çərçivəsində D.Nəzəri bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də qadın işlərinə cavabdeh olan Azərbaycan strukturlarına baş çəkəcək.