Florentino Peres: "Zidan əla məşqçi ola bilər, amma indi "Real"ı Benites çalışdırır"

"Real"ın prezidenti Florentino Peres klubun keçmiş yarımmüdafiəçisi, hazırda "Kastilya"nı çalışdıran Zinəddin Zidan haqqında fikirlərini bölüşüb:

"Zidanı həm futbolçu, həm də məşqçi kimi bəyənirəm. Özünü top-məşqçi olmağa hazırlayır. Ona hər şeyin ən yaxşısını arzu edirəm. Zidan bu istiqamətdə hərəkət edib, əla məşqçi ola bilər.

Amma indi "Real"ı Rafa Benites çalışdırır və əla iş görür. Onu, öz işini görməsi üçün dinc qoymaq lazımdı. Bizim yalnız bir pis matçımız olub, o da "Barselona"ya qarşı. İndi biz lazımı yolla hərəkət edirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR