Deputat güllələndi

Deputat güllələndi
12:11 5 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Kabarda-Balkar Respublikası parlamentinin deputatı qətlə yetirilib. ANS PRESS-in Rusiya mətbuataıana istinadla verdiyi məlumata görə, Hadis Bottayev bu gecə naməlum şəxslər tərəfindən güllələnib.

ANS PRESS-in məlumatına görə, respublika xəstəxanasının baş həkimi, deputat Hadis Bottayevi evində öldürüblər. Polis bölməsindən verilən məlumata əsasən, bir qrup naməlum şəxs gecə radələrində baş həkimin yaşadığı Xosanya qəsəbəsindəki evə hücum edib və onu evindəcə gülləyiblər.

Hal-hazırda faktla bağlı araşdırmalar gedir. Həkimin kimlər tərəfindən və nə üçün öldürüldüyü bəlli deyil.


Hədis Bottayev - deputat, baş həkim

Deputat Kabarda-Balkar parlamentində 3 ay çalışa bilsə də, öz çıxışlarında sərt tənqidlə tanınırdı.

Hadis Bottayev - 1957-ci ildə Qırğızıstan Respublikasının İssik-Kul kəndində anadan olub. Kabardin-Balkar hərbi universitetini bitirdikdən sonra Respublika Kilinik Xəstəxanasının cərrahiyyə bölməsində çalışıb.

Əlli yaşlı Hadis Bottayev keçən il "Vahid Rusiya" partiyasından deputat seçilib. O, 15 il Nalçikdə yerləşən 2 saylı şəhər klinik xəstəxanasına başçılıq edib, bu il isə onu Respublika xəstəxanasına baş həkim vəzifəsinə təyin ediblər.


Kabarda-Balkar


Analoji hal 2013-cü ildə də olub. Naməlum şəxslər Dağıstan Milli Məclisinin deputatı Musa İslamov avtomobilinə əyləşərkən ona atəş açıblar. Dağıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ayağından yaralanan deputat xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib. Musa İslamova hücumun onun ictimai fəaliyyəti ilə əlaqədar olduğu ehtimal edilir.














Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR