Azərbaycan Respublikasının prezidenti İlham Əliyev E.S. Süleymanovun "Azərbaycan Respublikası prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının parlamentlərarası əlaqələrinin genişləndirilməsində fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov "Azərbaycan Respublikası prezidentinin fəxri diplomu" ilə təltif edilsin".

Milli.Az