​İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən FİDE prezidenti vəzifədən uzaqlaşdırılıb

11:12 7 Dekabr 2015
14 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda FİDE açıqlama yayıb.
Qurumun İdarə Heyətinin qərarı ilə FİDE-yə Yunanıstanın Şahmat Federasiyasının rəhbəri Georgios Makropoulos başçılıq edəcək.
Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyi Suriyada Bəşşar Əsəd rejiminə maliyyə yardımı göstərən və terrorçu İŞİD qruplaşmasından neft alınmasına vasitəçilik edən 4 nəfərə və 6 şirkətə qarşı sanksiya tətbiq edib və onların adları "qara siyahı"ya daxil edilib. Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FİDE-nin prezidenti Kirsan İlümjanov da sanksiyaya məruz qalan şəxslər arasındadır. 
Sanksiyaya məruz qalan şəxslər və şirkətlərin ABŞ-dakı bütün bank hesabları dondurulub. Həmin şəxs və şirkətlərin ABŞ-da ticarət fəaliyyəti qadağan olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-si-d-le-emekdasliqda-subheli-bilinen-fi-de-prezidenti-vezifeden-uzaqlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR