Dərmanlar niyə vahid qiymətə satılmır?

Dərmanlar niyə vahid qiymətə satılmır?
18:23 7 Dekabr 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bir müddət əvvəl apteklərdə dərmanların satışı ilə bağlı vahid qiymət məsələsi tətbiq olunsa da, buna hələ də tam riayət olunmur.

Trend-in məlumatına görə, bəzi apteklərdə aparılan müşahidələr göstərir ki, dərmanların qiymətləri bir yerdə digər ərazidəkindən xeyli fərqlənir. Bunu Sumqayıtdakı apteklərdə görmək mümkündür. Sumqayıt şəhərində fəaliyyət göstərən "Zəfəran" aptekində, məsələn, “Flukonazal” dərmanı 50 qəpiyə satıldığı halda, “506 nömrəli” aptekdə adıçəkilən dərman alıcılara 30 qəpiyə təklif edilir.

Digər apteklərdə də analoji vəziyyət yaşanır. Belə ki, şəhərdəki ayrı-ayrı apteklərdə “Zentel” dərmanı 3 manat, hətta 3 manat 50 qəpiyə satıldığı halda, başqa bir aptekdə bu dərmanın qiyməti 2 manat 12 qəpikdir.

Alıcılar isə qiymətlərin fərqli olmasından narazıdır. Vahid qiymət məsələsinin tətbiqinin sadəcə kağız üzərində olduğunu deyən alıcılar bildiriblər ki, apteklər özlərinə necə uyğundursa, həmin qiymətləri də tətbiq edirlər: “Bir aptekdə 3 manat olan dərman, 5 metr aralıdakı aptekdə başqa qiymətə satılır. Qiymətlərin tənzimlənəcəyini və vahid qiymətin tətbiq ediləcəyini deyirdilər. Amma necə tənzimlənir ki, eyni şəhərdə bir dərmanın qiyməti müxtəlifdir?!”

Aptekə dərman almağa gələn yaşlı bir alıcı da eyni məsələdən şikayət edib: “Təqaüdlə dolanıram. Dərmanların qiymətinin azaldılacağını, eyni olacağını eşidəndə çox sevinmişdim. Amma baxıram ki, sevinməyə heç bir əsas yoxmuş. Özləri hansı qiyməti istəyirlərsə, o cür də satırlar. Heç bir dəyişiklik yoxdur, əvvəl necə idisə, indi də elədir”.

Apteklərdəki qiymətlərin fərqliliyi ilə maraqlandıqda isə satıcılar cavab verməkdən boyun qaçırdılar. Biri bu məsələnin onun səlahiyyətində olmadığını, başqa biri isə ona hansı qiymət deyilirsə, o cür də satışını həyata keçirdiyini qeyd etdi.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Trend-ə bildirib ki, bu cür hallarla rastlaşan alıcılar mütləq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "qaynar xətt"inə zəng etsinlər: "Belə hallarla rastlaşan alıcılar qurumun (012) 498-15-04 nömrəli telefonlarına zəng etsinlər. Biz məsələ ilə bağlı dərhal operativ tədbirlər görməyə hazırıq. Ancaq alıcılar dərmanların adlarını və apteklərin yerləşdikləri ünvanları dəqiq göstərməlidirlər".

Qeyd edək ki, 5 iyun 2015-ci ildə Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub

19 Sentyabr 2017 20:30

Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

19 Sentyabr 2017 20:27

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

19 Sentyabr 2017 20:22

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

19 Sentyabr 2017 20:18

ABŞ prezidenti -

19 Sentyabr 2017 20:16

Prezident İlham Əliyev və xanımı müzakirələrin açılış mərasimində iştirak ediblər

19 Sentyabr 2017 20:14

Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

19 Sentyabr 2017 20:12

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

19 Sentyabr 2017 20:03

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

19 Sentyabr 2017 20:02

VİDEO: Günəş enerjisi ilə yaşayan uşaqlar -

19 Sentyabr 2017 20:00

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

19 Sentyabr 2017 19:57

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:53

Azərbaycanda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19 Sentyabr 2017 19:52

Bu azərbaycanlı bütün dünyada axtarılır

19 Sentyabr 2017 19:50

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

19 Sentyabr 2017 19:48

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

19 Sentyabr 2017 19:39

VİDEO: Narkotik vasitə və spirtli içki verib Allaha qurban etdilər -

19 Sentyabr 2017 19:38

Biləsuvarda fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var

19 Sentyabr 2017 19:37

Tramp: “Bu ölkəni məhv etməkdən başqa seçim yoxdur”

19 Sentyabr 2017 19:33