Iranda "donuz qripi": 33 ölü

Iranda "donuz qripi": 33 ölü
22:34 7 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.

 

Onun sözlərinə görə,  28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.

 

"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", deyə Səyyari vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR