​Portuqaliya liseylərində Azərbaycan multikulturalizmi fənni tədris oluna bilər

​Portuqaliya liseylərində Azərbaycan multikulturalizmi fənni tədris oluna bilər
00:17 8 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Portuqaliyanın Lusafona universitetində monitorinq keçirilib.
Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.
Monitorinqin keçirilməsində məqsəd universitetdə Azərbaycan multikulturalizmi fənninin tədrisi vəziyyətinin öyrənilməsi olub.
Monitorinqi həyata keçirən Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova Lusafona universitetində Beynəlxalq Sahibkarlıq ofisinin direktoru Teresa do Rosario Domasio və direktorun muavini Elisabete Lourenco ilə görüşüb.
Teresa do Rosario gələcəkdə Azərbaycan multikulturalizmi fənninin Portuqaliyanın liseylərində də tədris edilməsini arzu etdiyini bildirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR