Bakının “Azəryol” voleybol komandası Finlandiyaya yollanıb

Bakının “Azəryol” voleybol komandası Finlandiyaya yollanıb
15:28 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, komandamız artıq Finlandiyaya yollanıb. Dekabrın 10-da “Salohali” arenada təşkil olunacaq görüşü belaruslu Kanstantsin Asipçuk və rusiyalı Pavel Anderson idarə edəcəklər.
Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Azeryol_voleybol_komandasi_Finlandiyaya_yollanib-909319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR