FHN itkin düşənlərin meyitlərinin tapılmasının videogörüntüsünü yaydı

FHN itkin düşənlərin meyitlərinin tapılmasının videogörüntüsünü yaydı
16:04 8 Dekabr 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Videogörüntüdə xilasedicilərin itkin düşənlərin meyitini helikopterə qaldırması əks olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı əməliyyatından videogörüntü yayıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də qeydə alınmış videogörüntüdə nazirliyin xilasedicilərinin itkin düşənlərin meyitini helikopterə qaldırması əksini tapıb.
 
Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
 
Hadisə baş verən zaman özüldə 63 nəfər olub.
 
Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR