Prezident İlham Əliyevin ünvanına başsağlığı məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına başsağlığı məktubları gəlməkdə davam edir
19:03 8 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Güclü qasırğa nəticəsində Xəzər dənizinin “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların doğmalarının və yaxınlarının kədərini bölüşür, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik.

Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edəsiniz".

X X X

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən: "Azərbaycanın “Günəşli” neft yatağındakı platformada yanğın nəticəsində insanların həlak olması ilə bağlı xəbər məni çox kədərləndirdi.

Bütün Litva xalqının adından və şəxsən öz adımdan həlak olanların ailə üzvlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

İtkin düşənlərin sağ-salamat tapılmasını, xəsarət alanların tezliklə sağalmasını, dəhşətli qəzanın nəticələrinin tezliklə aradan qaldırılmasını arzu edirəm".

X X X

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən: "Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada baş vermiş güclü yanğın nəticəsində insan itkisi və xəsarət alanlar haqqında xəbər məni dərindən kədərləndirdi.

Bu ağır anlarda Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

X X X

“Russneft Neft Şirkəti” ASC-nin direktorlar şurasının sədri Mixail Qutseriyevdən: "Günəşli" neft yatağındakı platformada yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Bu faciə ilə bağlı Sizin kədərinizə şərik olduğumu bildirir, həlak olanların ailələrinə və yaxınlarına səbir diləyir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR