Heydər Əliyev Mərkəzində ümummilli liderə həsr olunan elmi-praktik konfrans keçirilib

10:28 10 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Ulu öndərin anım günü ərəfəsində keçirilən budəfəki seminarın mövzusu "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" olub.
Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, artıq bu seminarlar ənənəvi olaraq keçirilir. "Heydər Əliyev irsi: elmi-praktiki seminarlar" layihəsi çərçivəsində bu günədək "Müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti", "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev və Azərbaycan dövlət idarəetmə modeli" mövzularında məruzələr dinlənilib. Seminarlardakı məruzələri ümummilli lider Heydər Əliyevi yaxından tanıyan, onunla birlikdə işləmiş şəxslər, tanınmış elm və ictimai xadimlər təqdim edirlər. 
Çıxışlar, dinlənilən müxtəlif xatirələr ulu öndər Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin öyrənilməsi və yeni nəslə ötürülməsinə geniş imkan yaradır.
Qeyd edilib ki, Heydər Əliyev gənc yaşlarından ədəbiyyata bağlı olub, həm Azərbaycan, həm də digər xalqların şair və yazıçılarının yaradıcılığına böyük maraq göstərib. Dahi şəxsiyyət gənclik illərində Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, həmçinin türk ədəbiyyatından Tevfiq Fikrətin, rus ədəbiyyatından Aleksandr Puşkinin və digərlərinin əsərlərini dönə-dönə oxuyub. Ədəbiyyata maraq, diqqət, qayğı Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri üçün xas olub.
Elmi-praktik seminarda çıxış edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb: "Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli lider bütün sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına da xüsusi diqqət və qayğı göstərirdi". Ulu öndərin şair və yazıçılara olan diqqətindən danışan E.Əfəndiyev hələ sovet dövründə bu dəstəyin şahidi olduğunu qeyd edib: "Ümummilli lider Heydər Əliyev hər zaman şair və yazıçıların sağlamlığı, onların müalicəsi, ev şəraiti və bu kimi digər məsələlərə qayğı ilə yanaşıb".
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına bələdliliyi yalnız Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəmlə əlaqədar deyildi. Ümummilli lider, eyni zamanda, klassik ədəbiyyatı dərindən bilirdi.
Baş nazirin müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə müdrik qərarı ilə Azərbaycanı türk dünyasının mədəniyyət mərkəzinə çevirdi. Bu yubileyin Azərbaycanda keçirilməsi yalnız ictimai, ədəbi hadisə deyildi. Bu, eyni zamanda, böyük siyasi hadisə idi.
Bildirilib ki, Azərbaycanın maraqlarını həmişə yüksək səviyyədə qoruyan ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə ölkəmizin sürətli inkişafına nail olub. Ümummilli liderin ruhu şaddır ki, onun siyasi kursu bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub və bu mövqeni qoruyub saxlayır.
E.Əfəndiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında misilsiz xidmətlərinə dair sənədli əsər yazmaq niyyətində olduğunu bildirib.
Seminarda iştirakçıların sualları cavablandırılıb.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sakit okenda 6,4 bal gücündə zəlzələ

26 Sentyabr 2017 09:48

Azərbaycanlı aktrisa yarıçılpaq halda FOTOLAR çəkdirdi

26 Sentyabr 2017 09:48

AŞPA-nın münaqişələr üzrə Alt Komitəsi Afinada Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Sentyabr 2017 09:47

Dünya birjalarında neft sürətlə

26 Sentyabr 2017 09:41

Valyuta MƏZƏNNƏLƏRİ

26 Sentyabr 2017 09:38

Azərbaycan neftinin qiyməti 60 dolları ötüb

26 Sentyabr 2017 09:37

"Binə" Ticarət Mərkəzindən oğurluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

26 Sentyabr 2017 09:37

Azərbaycan nefti ilə bağlı

26 Sentyabr 2017 09:35

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.09.2017)

26 Sentyabr 2017 09:32

Deputat restoranda nahar etdi, 13 milyonluq hesab gəldi

26 Sentyabr 2017 09:28

TOVUZ: Avtomobil kanala aşdı

26 Sentyabr 2017 09:28

Düşmən atəşkəsi 152 dəfə pozub

26 Sentyabr 2017 09:28

"Yuventus"un əfsanəsi 45 yaşında karyerasını bərpa etdi

26 Sentyabr 2017 09:27

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

26 Sentyabr 2017 09:24

Gözəgörünməz bina tikiləcək

26 Sentyabr 2017 09:23

Cəbhədə gərginlik davam edir

26 Sentyabr 2017 09:23

Ermənilər atəşkəs rejimini 152 dəfə pozub

26 Sentyabr 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.09.2017)

26 Sentyabr 2017 09:22

Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

26 Sentyabr 2017 09:22

Dollar stabil qaldı

26 Sentyabr 2017 09:21

Futbolçudan boşandı, soyunaraq geri döndü - FOTOLAR

26 Sentyabr 2017 09:17

Bakı və Abşeronda 20 yaşayış məntəqəsi TƏHLÜKƏDƏ

26 Sentyabr 2017 09:14

Cəlilabadda mağaza yanıb

26 Sentyabr 2017 09:12

Məleykə Əsədova: "Xoşbəxt qadın deyiləm..."

26 Sentyabr 2017 09:10

Texnologiya "partlayan batareyalar"la işləyir - EHTİYATLI OLUN

26 Sentyabr 2017 09:08

Valverde Arda Turanın karyerasını bitirdi

26 Sentyabr 2017 09:07

Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

26 Sentyabr 2017 09:07

"Eurovision 2017"nin qalibi ölüm ayağındadır

26 Sentyabr 2017 09:03

“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - ŞOK TARİXİ FAKTLAR

26 Sentyabr 2017 08:58

Brent neftinin qiyməti 60 dollara yaxınlaşır

26 Sentyabr 2017 08:58

Tovuzda avtomobil kanala düşüb, xəsarət alanlar var

26 Sentyabr 2017 08:57

Bakıda məktəblini vuran motosiklet sürücüsü onu yaralı vəziyyətdə qoyaraq qaçıb

26 Sentyabr 2017 08:47

“Avroviziya”nın qalibi reanimasiyada - FOTO

26 Sentyabr 2017 08:43

ÇL: 2-ci tur başlayır

26 Sentyabr 2017 08:38

Filippin prezidentinin iqamətgahı yaxınlığında insanlara atəş açılıb

26 Sentyabr 2017 08:27

KXDR-da benzin sanksiyalara görə üç dəfə bahalaşıb

26 Sentyabr 2017 08:17

Dodaq uçuqları əslində bu səbəbdən yaranırmış

26 Sentyabr 2017 08:03

Azərbaycanlı opera müğənnisi Cənubi Koreyada konsert verəcək

26 Sentyabr 2017 07:52

Çempionlar Liqasında II tur həyəcanı

26 Sentyabr 2017 07:44

Gerçək olduğuna inanmayacağınız əfsanəvi FOTOLAR

26 Sentyabr 2017 07:38

Bakıda minik maşını ilə yük avtomobili toqquşub

26 Sentyabr 2017 07:32

Bu gün Çempionlar Liqasında II tura start veriləcək

26 Sentyabr 2017 07:12

Elmə məlum olmayan heyvan tapıldı - FOTOLAR

26 Sentyabr 2017 06:58

Rusiya qırıcıları İdlibdə yaraqlıların obyektlərinə on zərbə endirib

26 Sentyabr 2017 06:57

Sabirabadda ər arvadını bıçaqladı

26 Sentyabr 2017 06:54

Karyerasını bitirmiş qapıçının adı "Bavariya"nın ÇL üçün iştirak ərizəsinə daxil edib

26 Sentyabr 2017 06:37

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

26 Sentyabr 2017 06:17

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

26 Sentyabr 2017 06:03

Turist avtobusu yük maşınına çırpıldı - 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 05:59

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42