Aygün Yeni ili türkiyəli ifaçı ilə qarşılayacaq

Aygün Yeni ili türkiyəli ifaçı ilə qarşılayacaq
16:21 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova 31 dekabr Yeni il gecəsini türkiyəli müğənni Çeliklə birlikdə qeyd edəcək.

Axşam.az-ın məlumatına görə, paytaxt restoranlarının birində baş tutacaq gecəyə müğənni özəl hazırlaşdığını bildirib:

“Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsi çıxacağım tədbirə xüsusi hazırlaşıram. Eksklüziv səhnə kostyumum olacaq. Həmin libasın üzərində bir neçə modelyer işləyir.  Gecəyə uyğun olaraq xüsusi makiyaj olunacağam. Bundan əlavə yeni mahnılarım var. Türkiyədə hazırlanıb. Hələ heç yerdə səslənməyib. Məhz sevənlərim həmin mahnılarımı Yeni il gecəsi  orada dinləyəcək. Məni sevənlər bombalara hazır olsun”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR