Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda bu yollar bağlı olacaq
11:21 11 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakının mərkəzi küçə və prospektləri bağlı olacaq. Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar məhdudlaşdırılacaq.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında bildirib.

Səhər saat 08:00-dan tədbir tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospekti ilə kəsişən digər küçə və prospektlərdə - Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən xahiş edilir ki, alternativ yollardan və ictimai nəqliyyatdan istifadə etsinlər.

Xatırladaq ki, ümumilli lider H .Əliyevin səhhətində problemlər 2003-cü ildə yaranıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında vəfat edib. O, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR