2018-ci il futbol üzrə dünya çempionatına 3,35 milyon insan gələcək

2018-ci il futbol üzrə dünya çempionatına 3,35 milyon insan gələcək
17:03 11 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını 3,35 milyon insan ziyarət edəcək. Bu barədə müstəqil “Swiss Appraisal” şirkətinin təhqiqatında deyilir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, biletlərin qiyməti və oyunların ziyarətliliyi barədə proqnoz bir neçə amildən asılıdır. Onların arasında uzaq Braziliya və Cənubi Afrika Respublikası ilə müqayisədə Avropadan çox sayda azarkeş toplamağa imkan verən Rusiyanın coğrafi mövqeyi, həmçinin əvvəlki çempionatlardakı qiymət siyasətinin analizi, stadionların azarkeş tutumu və dolların inflyasiyası əsas yer tutur.
Qeyd edək ki, biletlərin qiyməti 2017-ci ildə elan ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2018_ci_il_futbol_uzre_dunya_chempionatina_335_milyon_insan_gelecek-910399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR