Bakı. 11 dekabr. REPORT.AZ/ Salyanda güllələnmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin yaşayış massivinin sakini, 24 yaşlı Elşən Rəhbər oğlu Əsədov ov tüfəngi ilə ehtiyatsız davranaraq atəş açıb. Nəticədə güllənin qırmaları onu sağ ayağından ağır yaralayıb. Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sümükləri dağıldığından və qanaxma olduğundan yaralı əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.