Kubanın borcundan 4 mlrd dollar silindi

Kubanın borcundan 4 mlrd dollar silindi
05:54 13 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Paris Kreditorlar Klubu Kubanın borcundan 4 mlrd dollar hissəsini silib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Le parisien” nəşri məlumat yayıb.   

 

Məlumata görə, bu barədə Fransanın maliyyə naziri Mişel Sapen bildirib.

 

“Kubanın borcunun silinməsinə dair əldə olunan saziş 1980-ci ildən bu vaxtadək toplanmış faizlərlə bağlı məsələni həll etməyə imkan verəcək”, deyə Sapen bildirib.

 

Qeyd edək ki, razılaşma Kubanın borcunun qalan  2,6 mlrd dollar hissəsini 18 il ərzində ödənilməsini nəzərdə tutur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR