Prosineçki Əmirquliyevin "Riyeka"ya transferindən danışdı

Prosineçki Əmirquliyevin "Riyeka"ya transferindən danışdı
22:52 13 Dekabr 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında XVI turunun "Zirə" - "Qarabağ" oyununu canlı izləyən millimizin baş məşqçisi Robert Prosineçki start fitindən sonra qafqazinfo-nun suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.


- Oyun məni qane etmədi. Komandaların qol şansları çox az oldu. “Zirə”ni bu hesabla təbrik etmək olar. “Qarabağ” Azərbaycanın ən güclü komandasıdı. Ona görə də”Zirə” bu hesabdan razı olmalıdı.


- Artıq 2015-ci il başa çatır. Cari ildə millinin çıxışından razı qaldınız?

- Oynadığımız oyunlar məni razı saldı. Yalnız bir matçda pis oynamışdıq. Son oyunumuzda isə daha çox gənc oyunçulara şans verdik. Şans verdiyim 4-5 gənc futbolçu da Moldovaya qarşı yaxşı oynadılar. Ümumilikdə, bizim üçün yaxşı oldu.


- Millimizin sabiq baş məşqçisi Berti Foqtsdan fərqli olaraq, qış failəsində təlim-məşq toplanışı olmayacaq...

- Antalyada klublarımızın məşqlərini canlı izləyəcəm. Millinin təlim-məşq toplanışı mart ayına nəzərdə tutulub. İyun ayı üçün də təlim-məşq toplanışı nəzərdə tutulub.


- Milli komandanın yoxlama oyunu gözlənilir?

- Əlbəttə. Hələlik danışıqlar gedir.


- "AVRO-2016"nın final mərhələsində mübarizə aparan 3 komanda millimizlə "DÇ-2018"in seçmə mərhələsində eyni qrupdadı. Həmin komandaların oyunlarını izləmək üçün Fransaya yollanacaqsınız?

- Bəli, fikrim var ki, gedim həmin komandaların oyunlarını canlı izləyim.


- Ölkəniz Xorvatiyanın "AVRO-2016"-nın final mərhələsindəki şanslarını necə qiymətləndirirsiniz?

- Çətin qrupda düşüblər. Çexiya və Türkiyə güclü heyətə malikdi. İspaniya qrupun favoritidi.


- Rahid Əmirquliyevin adı Xorvatiyanın “Riyeka” klubu ilə hallanır. Həmçinin sizin Əmirquliyevi “Riyeka”ya məsləhət gördüyünüz bildirilir...

- Rahid Əmirquliyev millinin əsas futbolçularından biridi. Təəssüflər olsun ki, “Xəzər Lənkəran” klubu hazırda çətin günlərini yaşayır. Çox istəyirəm ki, Rahid güclü komandaya getsin və formada qalsın. Mənim “Riyeka” klubu ilə heç bir danışığım olmayıb. Məndən heç kim bu haqda soruşmayıb. Əgər Rahid haqda məndən soruşsalar, onu "Riyeka"ya məsləhət görərəm.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-mirquliyevin-quotriyekaquotya-transferindn-dand-t46117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR