Regionlarda gənclərin fermerlik fəaliyyətinə cəlb edilməsi üçün təlimlər keçirilib

Regionlarda gənclərin fermerlik fəaliyyətinə cəlb edilməsi üçün təlimlər keçirilib
13:43 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi sentyabr-dekabr ayları ərzində “Region gənclərinin fermerlik fəaliyyətinə cəlb edilməsi” adlı layihə həyata keçirib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi regionlarda yaşayan gəncləri fermerlik fəaliyyətinə cəlb edərək onların məşğulluğunun təmin olunmasına və respublikamızda elan edilmiş “Kənd təsərrüfatı ili” çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verməkdir.
Layihə çərçivəsində Quba və Xaçmaz regionlarında hər birində fermerlik fəaliyyətinə yeni başlamış və ya başlamaq istəyən 25 nəfər gəncə dörd gün olmaqla maarifləndirici təlimlər keçirilib. Təlimlərin mövzuları kənd təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, aqrar sektorda İKT-nin tətbiq istqamətləri, aqrar sektora dövlət dəstəyi və s. əhatə edib.
Təlimlərdə iştirak edən gənclərə sertifikatlar verilib.
Layihənin yekun nəticəsi olaraq gənclərə fermerlik təsərrüfatına başlamaqla bağlı müvafiq tövsiyələr verilib, gənclər tərəfindən səsləndirilən təkliflər ümumiləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR