Moody’s neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb

13:13 16 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC
Beynəlxalq reytinq agentliyi Moody’s qlobal bazarda təklif çoxluğunun artmasını əsas götürərək 2016-cı il üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, Moody’s gələn il üçün “Brent” markalı neftin bir barrelinin proqnoz qiymətini 53 dollardan 43 dollara salıb. Agentlik Qərbi Texas növü “Layt” (WTI) markalı xam neftin barrel qiyməti üzrə proqnozunu isə dəyişərək 48 dollar əvəzinə 40 dollar nəzərdə tutub.
Moody’s 2017-ci və 2018-ci illərdə xam neftin hər iki növündə qiymətin yalnız 5 dollar artacağı qənaətindədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moodys_neftin_qiymeti_ile_bagli_proqnozlarini_asagi_salib-911650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR