Samir Abbasov: "Son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu"

"Qarabağ" - "Sumqayıt" (2:2) oyunundan sonra qonaqların baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib.

Gənc mütəxəssis qələbəni son dəqiqələrdə əldən verdiklərini xüsusi vurğulayıb:

"Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı. 20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Buna rəğmən, “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR