Milli Məclisin komitə üzvü: "Yeni İnzibati Xətalar Məcəlləsi cəmiyyətin fikri ilə üst-üstə düşür"

14:52 17 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bunu "Report"a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov yeni hazırlanan İnzibati Xətalar Məcəlləsini şərh edərkən deyib.
O bildirib ki, yeni məcəllə cəmiyyətin fikri ilə üst-üstə düşür: "İctimai yerlərdə siqaret çəkməklə bağlı neqativ fikir həmişə olub, ona görə də bu, yeni İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Bundan başqa, məişət səs-küyü ilə bağlı məsələ də İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Bu, insanların istirahət hüququnun qorunması məqsədilə edilib. Gecə saat 00:00-dan səhər saat 07:00-a qədər həyətlərdə, binalarda, binaların girişlərində yüksəkdən danışmaq, musiqi alətlərindən istifadə etmək və digər bu kimi məsələlər inzibati xəta sayılır. Bu məsələlər cəmiyyətdə daha öncədən inzibati xəta hesab olunurdu.
Sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə 300 manat cərimə edilirdisə, bu məbləğ 400 manat olacaq. Məsələni cəmiyyətə "cərimələr bir neçə dəfə artırılıb" kimi təqdim edəndə çaşqınlıq yaranır, yanlış anlayırlar. Hamı bilməlidir ki, avtomobili sərxoş vəziyyətdə idarə etmək olmaz. Hətta düşünürəm, tətbiq olunan cərimənin məbləği azdır".
R.Cəbrayılov əlavə edib ki, Azərbaycanın yollarında insan ölümləri digər ölkələrə nisbətdə daha çoxdur: "Baxın, Azərbaycan qədər əhalisi olan İsveçdə avtomobil qəzalarının iki faizi ölümlə nəticələnir. Yəni, 100 avtoqəzanın cəmi ikisində adam ölür. Avstriyada bu rəqəm 2,7, Avropada 4, Türkiyədə 5, Azərbaycanda isə 33-36-dir. Bu, o deməkdir ki, 100 avtoqəzada 33-36 nəfər adam ölür, yəni, hər 3 qəzadan birində adam həlak olur. Həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. Məsələn, il ərzində Azərbaycan yollarında 1100-dən 1200-ə qədər adam ölür. Nəzərə alsaq ki, xəsarət alanların saylı ölənlərin 3 misli qədər olur, deməli, 3500-dən artıq insan da bədən xəsarəti alır. Azərbaycandakı avtoqəzalarla bağlı statistikaya baxanda adama elə gəlir ki, yollarda müharibə gedir. Heç Dağlıq Qarabağda aktiv döyüş əməliyyatları gedən vaxtlarda il ərzində 1200 nəfər həlak olmayıb. Düzdür, qəzaların səbəbləri çoxdur, amma bu səbəblərdən biri də avtomobili sərxoş vəziyyətdə idarə etməkdir".
Deputat İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanmasının dövlət büdcəsinin doldurulması məqsədi güdməsi barədə iddialara da münasibət bildirib: "Bir az obyektiv olmaq lazımdır, 300 manatlıq cərimənin 400 manata qaldırılması büdcəni doldurmaq demək deyil axı. Dünyanın hər yerində büdcənin doldurulmasının əsas kanalı vergidir. Azərbaycanda elə fəaliyyət sahələri var ki, vergidən kənarda qalıblar. Məsələn, şou-biznes əhli vergidən kənardadır. Onların ödədikləri vergi toy biznesinə uyğun deyil. Şadlıq evlərinin ödədikləri vergi də gəlirlərinə uyğun deyil. Bundan başqa, yeni tikililərdəki obyektlərin icarəyə verilməsindən vergi daxil olmur. Yeni tikilmiş binalardakı obyektlərin, mənzillərin yarıdan çoxu icarədədir. Mənzil icarəsi geniş yayılmış fəaliyyət sahədir. Mağazada çalışan insan vergi verir, amma mağazanın sahibi icarə vergisi vermir. Bunları vergiyə cəlb etmək lazımdır. Büdcədə kəsir olanda birmənalı şəkildə heç kəs vergidən kənarda qalmamalıdır. Kiçik mağaza vergi verir, xalq artisti vermir, bu, necə ola bilər?! Özlərindən müştəbeh halda deyirlər ki, dövlət tədbirlərində pulsuz oxuyurlar. Bu, o demək deyil ki, onlar vergi verməməlidirlər. Cərimələrin artırılması ilə büdcə doldurula bilməz. Bu, absurd fikirdir. Dövlətin belə siyasəti ola bilməz".
Qeyd edək ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olan yeni İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33