Azərbaycanın üç rüblük tədiyyə balansı 9,141 mlrd. dollarlıq kəsirlə nəticələnib

18:12 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, xarici ticarət balansı 5 302,574 mln. dollar olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 10 905,426 mln. dollar və ya 67,3% azdır. Malların ixracı eyni müddət ərzində 22 932,0 mln. dollardan 12 323,333 mln. dollara enib və azalma 10 608,667 mln. dollar və ya 46,3% təşkil edib. İdxal isə 2014-c ilin ilk 9 ayında 6 724,0 mln. dollardan 7 020,759 mln. dollara yüksəlib və artım 296,759 mln. dollar və ya 4,4% olub. 
Xidmətlər balansı isə 2014-cü keçən ilin analoji dövründə -4 707,0 mln. dollardan -3 433,818 mln. dollara düşüb və azalma 1 273,182 mln. dollar və ya 27% təşkil edib.
Cari əməliyyatlar hesabı bu ilin 9 ayında 240 545,0 mln.  dollar olub ki, bu da keçən ilin analoji dövründən 39 dəfə azdır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-uc-rubluk-tediyye-balansi-9-141-mlrd-dollarliq-kesirle-neticelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR