​İraqın şimalında 300 terrorçu öldürülüb

​İraqın şimalında 300 terrorçu öldürülüb
11:37 18 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması İraqın şimalına, kürd silahlılarının Başika rayonundakı düşərgəsinə hücum edib.
"Report" xəbər verir ki, bu haqda "New York Times" qəzeti amerikalı hərbçilərə istinadən məlumat yayıb.
Bu, son 5 ayda İŞİD-in həyata keçirdiyi ən güclü basqın sayılır.
Məlumata görə, 120 silahlıdan ibarət qruplarla terrorçular Başika ilə yanaşı, İraqın Narvan və Tal-Əsvad yaşayış məntəqələrinə hücum ediblər.
İraqdakı koalisiya qüvvələrinin havadan dəstəyi nəticəsində İŞİD-in bu kütləvi basqının qarşısı alınıb.
Xəbərə əsasən, 300-ə yaxın silahlı öldürülüb. 
ABŞ ordusunun generalı Mark Odom bunu 2015-ci ilin iyulundan bəri "İŞİD-in ən güclü basqını" adlandırıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir. Rəsmi Bağdad isə türk əsgərinin həmin ərazidən çıxmasını tələb edib. Türkiyə hərbçiləri oradan İraqın şimalındakı başqa şəhərə yerlərini dəyişib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raqin-simalinda-300-terrorcu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR