Samuxda dəhşətli qətl: qadının boğazını kəsib yandırdılar

Samuxda dəhşətli qətl: qadının boğazını kəsib yandırdılar
10:21 19 Dekabr 2015
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxda dəhşətli cinayət törədilib. Evi qarət edən naməlum şəxslər daha sonra onun sahibini öldürüblər. Hadisənin izlərini itirmək məqsədilə evi yandırmağa cəhd ediblər.

ANS PRESS-in məlumatına görə, Mərkəzi Rayon Xəstəxanası yaxınlığında yerləşən fərdi yaşayış evlərindən birində yanğının başladığını görən qonşular dərhal Samux Dövlət Yanğından Mühafizə Hissəsinə zəng edib. Əraziyə hissənin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyləri ilə alov söndürmək mümkün olub. Yanğından sonra içəridə ev sahibi 62 yaşlı Lütfiyyə İsmayılovayanın meyiti aşkarlanıb.


Hadisə baş verən ev


İlkin ehtimala görə, naməlum şəxslər əvvəlcə evi qarət edib, sonra isə ev sahibinin əllərini bağlayıb bıçaqla boğazını kəsərək qətlə yetiriblər. Yanğının da həmin şəxslər tərəfindən cinayətin izini itirmək məqsədilə törədildiyi güman edilir.

Qonşuların sözlərinə görə, nəvəsi ilə yaşayan qadın həmin vaxt evdə tək olub. Dərhal hadisə yerinə gələn rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin əməliyyat-istintaq işləri aparıb.

62 yaşlı qadının meyiti rayon morquna təhvil verilib. Baş vermiş hadisə ilə Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Hadisə baş verən evin otağı


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR