Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyan ölkədəki mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti yayıb.
Qeyd edək ki, bu il noyabrın 25-də Ermənistan MTX ölkə əarzisində 19 nəfərlik silahlı qruplaşmanı aşkaralayaraq üzvlərini həbs etmişdi. Nazir müavini həmin dəstə ilə əlaqə saxlamaqda şübhəli bilinir.