Bakı. 20 dekabr. REPORT.AZ/ Parisdə, Luvr Muzeyinin Karusel salonunda SNBA fotosərgisinin mükafatlandırma mərasimi keçirilib.
Bu il Azərbaycanı SNBA-da beş fotosu ilə təmsil edən gənc fotoqraf Maya Bağırova sərginin “Fotoqrafiya” nominasiyasında üç mükafata layiq görülüb.
Onun “Tənhalıq” və “Çöl gülləri” fotoları SNBA-nın və bu təşkilatın dəvətli münsiflər heyətinin “Fotoqrafiya” nominasiyasının iki qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.
Azərbaycanlı gənc fotoqraf ilk dəfə idi ki, bu sərgidə iştirak edirdi.
Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb
Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb
Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb