Azərbaycan və İran arasında imzalanmış “Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” təsdiq olunub

13:32 30 Dekabr 2014
60 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 13:30 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan parlamentinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” təsdiq olunub.

 

APA-nın məlumatına görə, layihə barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.


Müzakirələr zamanı deputat Sabir Rüstəmxanlı bəyannamənin təsdiqindən sonra İrandakı bəzi qüvvələrin Azərbaycana qarşı basqısının daha da artacağını deyərək, buna etiraz edib. S.Seyidov isə bildirib ki, bəyannamədə hər iki dövlətin suverenliyinin toxunulmazlığı, iki ölkə arasındakı münasibətlərin qorunması əsas amil kimi götürülüb. O qeyd edib ki, sənəddə tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq edirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR