Çövkən üzrə 10-cu Prezident kubokunun həlledici mərhələsi

Çövkən üzrə 10-cu Prezident kubokunun həlledici mərhələsi
16:43 21 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 22-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunları üzrə 10-cu Prezident kubokunun yarımfinal oyunları keçiriləcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, saat 12:00-da başlayacaq ilk oyunda meydana “Ağstafa” və “Ağcabədi” komandaları çıxacaqlar. Günün digər yarımfinal oyununda isə “Sərhədçi” və “Polad” komandaları görüşəcəklər.

Bir gün sonra isə eyni məkanda final oyunu olacaq. Prezident kubokunun qalibini müəyyən edəcək qarşılaşma saat 12:00-da başlayacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2472146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR