İstanbul, 9 fevral, AzərTAc
Bakıda keçiriləcək birinci Avropa Oyunlarını işıqlandırmaq istəyən media mənsublarının qeydiyyatı üçün fəaliyyət göstərən internet linki Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat və İnformasiya İdarəsinin rəsmi saytında yerləşdirilib.
Arzu edənlər http://www.baku2015.com/en/news/press-registration linki vasitəsilə Avropa Oyunlarında media mənsubu kimi iştiraklarını təmin edə bilirlər.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul