Dünən dünyasını dəyişmiş əməkdar artist Ələsgər Məmmədoğlunun vida mərasimi keçirilir.
Axşam.az-ın məlumatına görə, aktyorun yaşadığı evə yaxınları və dostları yığışıblar.
Ə.Məmmədoğlu bir müddət əvvəl ödündəki zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Bir neçə gün müayinə olunduqdan sonra aktyor evə buraxılmışdı.
Qeyd edək ki, Ələsgər Məmmədoğlu bu gün, dekabrın 22-də “Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunacaq.